Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu


Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub.

"Agxeberxəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final görüşündə rumıniyalı Denis Mihayı 6:1 hesabı ilə məğlub edib.

Bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.

Qeyd edək ki, Nihad Quluzadə final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub etmişdi.

4305

DİGƏR XƏBƏRLƏR