Türkiyə səfiri: “Əleyhimizə olanlara qarşı Türkiyə və Azərbaycan birlikdə daha güclüdür”

Türkiyə səfiri: “Əleyhimizə olanlara qarşı Türkiyə və Azərbaycan birlikdə daha güclüdür”
“Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının  erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bu böyük bayram bütün Azərbaycana, Türkiyəyə, bütün türk millətinə mübarək olsun”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Türkiyə səfiri deyib ki, Azərbaycan və Anadolu türkünün yox edilmək istənildiyi bir dönəmdə Osmanlı dövləti ən yaxşı əsgərlərini müxtəlif cəbhələrdən çəkib Azərbaycana göndərdi: “Bu, bizim qardaşlığımız baxımından çox böyük bir tarixi hadisədir. Osmanlı öz varlığını düşündüyü qədər Azərbaycan türkünün də varlığını düşünərək ordu göndərdi. Bu gün bizim iki dövlətimiz müstəqil, qardaş olaraq yaşayırsa, “bir millət, iki dövlətik” deyə biliriksə, biz bunu Qafqaz İslam Ordusuna, Bakının işğaldan azad edilməsinə borcluyuq”.

E. Özoral qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan olaraq eyni şəkildə bizim əleyhimizə çıxanlara qarşı biz birlikdə daha güclüyük, biri-birimizdən güc alırıq: “Türkiyə ilə Azərbaycan hər zaman bir millət və iki dövlətdir və qardaşdır”.
 
910

DİGƏR XƏBƏRLƏR