Ağ Partiya Xəzər Rayon Təşkilatının ofisi açılıb

Bir 6 nəfər və mətn şəkili ola bilər
Ağ Partiyanın Xəzər Rayon Təşkilatının ofisinin açılışı olub.
 
Ağxeber.com bildirir ki, açılışda Ağ Partiyanın sədri Tural Abbaslı, xanımı Nərmin Abbaslı, Ağ partiya Mərkəzi Aparatının rəhbəri Kamran Məmmədli, sədrin I müavini Əhəd Məmmədli,  Ağ Partiya sözçüsü Cavanşir Abbaslı, Xanımlar təşkilatının sədri Malvina Amirova, Ağ Partiya İdarə Heyyətinin üzvlərindən Rəhim Əhmədzadə, Mətləb Aslanov,  Xəzər Rayon Təşkilatının sədri Afət Möhbalı və bir qrup fəalı iştirak edib.

Tural Abbaslı çıxışında Bakı şəhərinin ən böyük rayonlarından biri olan Xəzər Rayon Təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli dərəcədə müsbət rol oynayacağını bildirib. T.Abbaslı həmçinin, partiyanın qarşısında duran vəzifələrdən, eyni zamanda partiyanın əsas ideyası dövlətçilik, milli dəyərlər, Bütöv Azərbaycançılıq və Böyük Turançılıq olduğundan bəhs etdi. Abbaslı ofisin daxili tərtibatında bu yöndə görülən işlərdən məmnun olduğunu bildirdi və qeyd etdi ki, bundan sonra da Xəzər rayon təşkilatında uğurlu işlərin davam etdiriləcəyinə əmindir.

Sədr partiyanın yarandığı gündən keçdiyi çətin və qürurlu yolda gördüyü işlərdən danışdı. Partiya rəhbərliyinin, təşkilat sədrlərinin əzmkarlığı sayəsində Ağ Partiyanın xalq içində nüfuzunun günü-gündən artmasını diqqətə çatdırdı. Bildirdi ki, partiyanın özülü xalqla partiya arasında qarşılıqlı inam, etibar, doğruluqlar əsasında qurulub. Bunun üçün də xalq arasında nüfuzumuzun daha da güclənməsinə görə xalqın partiyamıza olan inamını, etibarını daha da möhkəmləndirilməsi üçün daha da ciddi çalışılmalıdır. Təşkilatlanmanın daha da səmərəli şəkildə təşkil edilməsi üçün bir sıra təkliflər və göstərişlərini verdi.

Eyni zamanda Ağ Partiya Xəzər Rayon Təşkilatının sədri Afət Möhbalı, sədr müavini Səxavət Məmmədov çıxış edərək partiya fəallarını ofisin açılışı münasibətilə təbrik edib.

Ş.R.
 
Bir 3 nəfər şəkili ola bilər
No description available.No description available.

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
 
7826

DİGƏR XƏBƏRLƏR