Ağ Partiya Rəsulzadənin abidəsini ziyarət etdi



"Ağ Partiya" 28 may-Müstəqillik Günü ilə bağlı Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı qəsəbəsindəki abidəsini ziyarət edib. 

Bəli 105 il... Bu bir əsirdən 5 il çox deməkdir. Yaşı əsri ötən müstəqillik hər ölkənin taleyi deyil. Azərbaycanın taleyinə yazılanlar, ömrünə, gününə biçilənlər sanki onu bu qədər fərqləndirmək üçün bu qədər təzadlı bu qədər fərqli olub. Dört bir tərəfi həsədini çəkən məmləkətimin 3 rəngli bayrağındakı hər rəng öz ahəngi ilə çox başları hərləndirib. Qoy onlar fırlansınlar özləri üçün. Biz yaxşı bilirik ki, düşmənin varlığı bizim mükəmməlliyimizdən xəbər verir. Bu gün tarixinə ZƏFƏR yazdıran Azərbaycan olaraq, müstəqillik təntənəsini qeyd etməyin qüruru isə sözlərə sığacaq hiss deyil. ADINLA, ZƏFƏRİNLƏ, MÜSTƏQİLLİYİN ilə sən bizimsən, bizimsən durduqca bədəndə can; Yaşa, yaşa, çox yaşa, ey Şanlı Azərbaycan!

Agxeber.com bildirir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası ölkənin dövlət müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi"ni qəbul etməklə xalqımızın suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirib.

Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Bu gün münasibətilə bir neçə siyasi qüvvələr, o cümlədən "Ağ Paritya" başqanı Tural Abbaslı və onun partiya yoldaşları müstəqilliyimizin banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsi önünə gələrək, gül dəstələri qoyublar. İctimaiyyət nümayəndələrinin, ziyalıların, şəhid ailələrinin üzvləri, müharibə veteranlarının iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir zamanı partiya başqanı Tural  Abbaslı öz adından və AĞ Partiya adından başda Yurd uğrunda ölümsüzləyə qovuşan igidlərimizin, qazilərimizin, savaş iştirakçılarımızın, əsgərlərimizin ailələri olmaqla xalqımızı və Türk dünyasını Müstəqillik Günü münasibəti ilə təbriklərini çatdırdı. Növbəti bayramlarımızı Xocalıda, Xocavənddə, Xankəndində, Ağdərədə, Zəngəzurda, İrəvanda, Borçalıda, Dərbənddə, Təbrizdə, Həmədanda, Urmiyada. Kərkükdə, bütöv Azərbaycanın hər obasında, ulusunda keçirməyi dilədi.
 

Partiyanın sədri Tural Abbaslı Rəsulzadənin abidəsi önündə çıxışı zamanı 105 il öncə AXC tərəfindən əsası qoyulan yaradılan təməl prinsiplərin uzun müddət aktual qalacağını vurğuladı: “Bundan sonra da yüz illər ərzində biz həmin Rəsulzadə yolu ilə, istiqlal yolu ilə yürüyəcəyik. Və o yol deyir ki, Azərbaycan əbədiyyən müstəqil olacaq. Azərbaycan dünyanın demokratik xalqlarının, Avropa ailəsinin tam hüquqlu üzvü olacaq.”

No description available.Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 105 il öncə, 1918-ci ilin 28 may tarixində qurulub və 1920-ci ilin 27 aprel tarixində Sovet Rusiyasının işğalı nəticəsində süquta uğrayıb.

Şəfa Rasimqızı

No description available.
No description available.
No description available.
No description available.No description available.
No description available.
Bir 9 nəfər və mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs, kütlə və mətn şəkili ola bilərBir 4 nəfər və mətn şəkili ola bilər
No description available.
Bir 5 nəfər və mətn şəkili ola bilər
No description available.








 
7984

DİGƏR XƏBƏRLƏR