"Qadınları zorladıq, uşaqları öldürdük, 20 kəndi xəritədən sildik" - Myanmalı 2 əsgər müsəlmanlara qarşı dəhşətli soyqırımı etiraf edirlər (FOTO)

"Qadınları zorladıq, uşaqları öldürdük, 20 kəndi xəritədən sildik" - Myanmalı 2 əsgər müsəlmanlara qarşı dəhşətli soyqırımı etiraf edirlər (FOTO)

  • 13:53 - 09 Sentyabr

Myanmanın müsəlman əhalisinə qarşı törədilən qırğınlar bütün dünyanın gözü qarşısında davam edərkən, Myanma ordusundan qaçan iki hərbçi özlərinin də iştirakçısı olduğu hadisəni etiraf ediblər.

Avropa.info xəbər verir ki, Beynəlxlaq Cinayət Məhkəməsinə ifadə verən hərbçilər Arakan müsəlmanlarının öldürülməsi və kütləvi qəbiristanlıqlarda basdırılmasında iştirak etdiklərini deyiblər. İfadə verən hərbçilərdən biri Mo Vin Tun 2017-ci ilin avqustunda komandirlərindən “Gördüyünüz və eşitdiyiniz hər kəsi vurun” əmrini aldıqlarını deyib.

Foto - Uluslararası Ceza Mahkemesi'nde ifadeleri alınan askerler, Arakanlı Müslümanların öldürülmesi ve toplu mezarlara gömülmesinde görev aldıklarını söyledi.

“Fərq qoymadan hamısını vurduq. Müsəlman kişiləri alınlarından vurduq və cəsədləri ayaqlarımızlarla çuxurlara atdıq. 30 günahsız müsəlman uşaq, qadın və kişinin öldürülməsində və basıdırılmasında iştirak etdim. 20-yə yaxın kəndi xaritədən sildik.” – o, deyib.

Digər myanmalı hərbçi Er Zav Nainq Tun rəhbərlikdən “Gördüyünüz uşaq və ya yeniyetmələrin hamısını öldürün” əmri aldıqlarını deyib. 20 kəndi məhv etdikdən sonra meyitləri də kütləvi qəbiristanlıqlarda basdırdıqlarını bildirib. 

Cinsi zorakılıq cinayəti törətmədiyini deyən Tun digər arakanlı hərbçilər qadınları zorlayarkən, özünün növbə çəkdiyini deyib. 

Foto -
Foto - Tun, 30 Arakanlı Müslüman'ın katledilmesinde ve toplu mezarlara gömülmesinde rol aldığını söyledi.
Foto -

 

1264

DİGƏR XƏBƏRLƏR