Güney Azərbaycanın Batı Azərbaycan vilayətində soydaşlarımıza qarşı vandalizm


Cənubi Azərbaycanın Maku şəhərindəki silahlı hücumdan sonra Urmiya- Üşnəviyyə arası "Dostək" kəndi yaxınlığında yerləşən meşə qoruğu gəzinti yerində azərbaycanlı ailələr özlərinə kürd deyən qrupların hücumuna məruz qalıb. Görüntülərdən də məlum olduğu kimi hücumçu qrup türk ailələrinin orada gəlib, dincəlməyindən rahatsız və qəzəblidirlər. 

Batı Azərbaycan vilayəti Türkiyə, Naxçıvan Muxtar Respublikası və İraq ilə həmsərhəddir. Stratejik əhəmiyyəti yüksək olan bu bölgə Türkiyə ilə 480 km quru sərhədə malikdir. Türk dünyasının körpüsü hedab edilən və Türkiyəni digər türk coğrafiyalarına bağlayan Urmiya mərkəzli Batı Azərbaycan qondarma Kürdüstan və Ermənistan xəritəsində yer almaqdadır. 
Bu səbəbdən tarix boyu bu iki tampon azınlığın hücumuna, qətl və cinayətlərinə məruz qalmışdır.
2822

DİGƏR XƏBƏRLƏR