Bu şəxslərə şad xəbər: Tendensiya dəyişdi

Qlobal tendensiya gənc işçilərin işə götürülməsindən daha təcrübəli və ya yaşlı kadrların qəbuluna keçib.

"Agxeber"-in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bəzi işəgötürənlər deyirlər ki, yaşlı işçilər yeni hadisəni qavramaqda çətinlik çəksələr də, vəziyyətə uyğunlaşdıqdan sonra yüksək iş etikası nümayiş etdirirlər.

Türkiyədə işçilərin yaşı ilə bağlı qiymətləndirmələr sərtdir. Bəzən elə olur ki, yaşı 40-dan yuxarı istənilən şəxs “yaşlı” kateqoriyasına aid edilir və onun işə müraciətinə baxılmır. Dünyada isə belə deyil. Həm yaşlı əhali, həm də iş dünyasının fərqli dinamikası səbəbindən bir çox şirkət yaşlı kadrlara müraciət etməyə başlayıb.

ABŞ-da qablaşdırma şirkətinin sahibi olan Kip Konforti “Z” nəslinin üzvlərini təqaüdçülərlə əvəz etmək qərarına gəlib. Konforti hesab edir ki, “Z” nəsli bütün boş vaxtını telefonla oynayaraq keçirir. Yaşlı işçilər isə gec öyrənsələr də, işi qavradıqdan sonra yüksək performans göstərirlər. Kip Konforti bildirib ki, bu personal heç vaxt işə gecikmir: “Səhər saat 9-da başlayan işə 08:50-də gəlirlər. Onlar bildirirlər ki, bu, iş etikasıdır”.

Federal Statistika İdarəsinin məlumatına görə, işəgötürən tələbinin ən çox artdığı yaş qrupu hazırda 55 və yuxarıdır. Böyük istefa dalğası nəticəsində bir çox təqaüdçü kadr iş həyatına qayıdır.

Kolumbiya Universiteti yaşlı işçilərin işə götürülməsi ilə bağlı araşdırma aparıb. Bu tədqiqatın nəticələrinə görə, 55-64 yaşlı işçilər üçün orta işdə qalma müddəti 10,4 ildir. 25-34 yaş arası üçün isə bu müddət 3 ildir.


Ş.R.
4433

DİGƏR XƏBƏRLƏR