İqtidar müharibə hazırlıqlarında, müxalifət nə istəyir? - Elman Nəsirovla Tural Abbaslı "Canlı debat"da



Son aylar iqtidar sanki başqa boyuta keçib. Cəmiyyətdə baş verən bütün proseslərə, insanların etirazına adekvat reaksiya verilir. Rüşvətxor məmurlar həbs olunur, karantin qaydalarını pozan şəxslər siyasi kimliyindən asılı olmayaraq cəzalandırılır. Sanki müxalifətin illərdir səsləndirdiyi tələblər sıra ilə yerinə yetirilir. Eyni zamanda türk qoşunlarının Naxçıvanda hərbi təlimlər keçməsi Qarabağ adına gözləntiləri artırıb. Ölkə boyunca spyləntilər gəzir: "müharibəyə hazırlaşırıq".


Bəs gerçəkdə nələr baş verir, doğrudanmı müharibəyə son hazırlıqlar gedir? Eyni zamanda ölkə daxilində, hakimiyyətdaxili qruplaşmalar, Ramiz Mehdiyevin kürəkəninin türmədən çıxan kimi verdiyi mesajlar da verilişdə müzakirə olunacaq. Taksi üsyanı, karantinin yumşaldılması da söhbət zamanı dartışılacaq.

Bu və  ölkə gündəmini məşğul edən digər sualları saat 12.00-də iqtidar-müxalifət debatı çərçivəsində baş tutacaq. Qonaqlarımız YAP-çı deputat Elman Nəsirovla Ağ Partiyanın lideri Tural Abbaslı olacaq. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

Bunun üçün Musavat.com-un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz. 

Youtubedəki səhifəmizin ünvanı:


https://www.youtube.com/user/TVmusavat


Facebookdakı səhifəmizin ünvanı:


https://www.facebook.com/NewMusavat/

3410

DİGƏR XƏBƏRLƏR