"Qorxunun əcələ faydası yoxdur, qarşımıza çıxmağa cəsarət edən varsa gəlsin" - Ərdoğandan Yunanıstana açıq savaş mesajı

"Hələ 1 əsr əvvəl Anadolunu pərişan halda tərk etmək məcburiyyətində qalanların Egey dənizində saxta qoçuluq arxasınca qaçmaları, qəbiristanlıqda fit çalma psixologiyasının təzahüründən başqa bir şey deyil."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malizgirt Zəfərinin 949-cu ildönümü ilə bağlı təşkil olunan tədbirdə deyib. Ərdoğan, Aralıq və Egey dənizlərində Türkiyəni haqlarına qarşı çıxan Yunanıstana sərt xəbərdarlıq edib. 

"Qorxunun əcələ faydası yoxdur. Türkiyə Aralıq dənizində də Egey dənizində də, Qara dənizdə də haqqı olanı alacaq. Biz necə kimsənin torpağına, suverenliyinə, qazancına əl qoymuruqsa, özümüzə aid olanlardan da heç vaxt güzəştə getməyəcəyik. Bunun üçün siyasi, iqtisadi, hərbi baxımdan nə lazımdırsa həyata keçirməyə qərarlıyıq. Qarşımızda olanlara özlərinə çəki düzən vermələrini, məhv olmalarına yol açacaq səhvlərdən uzan durmağa dəvət edirik. 

Türkiyənin artıq səbrinin sınanacaq, qətiyyəti, imkanları və cəsarəti test ediləcək bir ölkə olmadığını hər kəsin görməsini istəyirik. Edərik deyirsək edərik və bədəlini də ödəyərik. Varsa bədəl ödəmə bahasına qarşımıza çıxmaq istəyən buyursun gəlsin. Yoxsa çəkilsin qarşımızdan biz öz işimizə baxaq" - Ərdoğan belə deyib. 

2894

DİGƏR XƏBƏRLƏR