"Avropanın ərköyün uşağı Yunanıstan bir daha bunu edərsə, əlimizdən xəta çıxmayacaq, nə lazımdırsa edəcəyik" - Türkiyədən sərt açıqlama

"Yunanıstan bir daha Aralıq dənizində təlim keçirmə açıqlaması ilə çıxış edərsə, bu dəfə Türkiyənin əlindən qəza çıxmayacaq. Nə lazımdırsa tərəddüdsüz bir şəkildə həyata keçirəcəyik."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu, Yunanıstana bəzi Avropa Birliyi ölkələrinin fitnəsinə gedərək, özlərini risqə atmamaq barədə xəbərdarlıq edib. 

"Türkiyə Aralıq dənizi ətrafında yerləşən bütün ölkələrin ön şərt irəli sürmədən dialoqunu təklif edir. Yunanıstan AB-nin dəstəyi ilə bir şeyə nail ola bilməyəcəyini anlamalıdır. Avropanın ərköyün uşağı olan Yunanıstan bir dönüb özünə baxsın" - Çavuşoğlu belə deyib.

2017

DİGƏR XƏBƏRLƏR