Tural Abbaslı Ramiz Mehdiyevin "Toy" üsyanı ilə bağlı sərt mövqe bildirdi


Agxeber.com xəbər verir ki,  Ağ Partiyanın başqanı Tural Abbaslı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı fikirlərini bildirib. T.Abbaslının bununla bağlı yazısını diqqətinizə çatdırırıq:

"Gördüyünüz fotolar Ramiz Mehdiyevin toy və nişan tədbirlərinin keçirilməsinin qadağan olunduğu karantin vaxtında nəvəsi üçün etdiyi toy məclisində çəkilib.

Həyatımızın bütün sahələrinə təsir edən Operativ Qərargahın qərarları deyəsən ancaq arxasız, dayaqsız, kasıb, FƏQIR, sadə vətəndaşlar üçündür.

Bu qərarlar Ramiz Mehdiyevlər, Siyavuş Novruzovlar, ombudsman Səbinə xanımlar üçün keçərli deyil, deyəsən. Belə olmasaydı bunlar bu qədər həyasızcasına, heç kəsdən çəkinmədən və nümayişkaranə şəkildə dövlətin qərarlarına tüpürdüklərini göstərməzdilər.

Minlərlə gəncin özlərinə toy edə bilmədikləri, insanlar öz ölülərini adət-ənənəyə uyğun dəfn edə bilmədikləri bir zamanda bu nə görməmişlikdir, bu nə saymamazlıqdır və ya bu kimə ÜSYANDIR.

Əslində bu toyu bu formada etməklə Ramiz Mehdiyev və onun başının dəstəsi (klanı) xalqa öz gücünü nümayiş etdirməkdən daha çox, karantin qaydalarını tətbiq edən iqtidara və onun rəhbərinə ÜSYAN edir, baş qaldırır.

İndi biz ölkə rəhbərliyindən və hüquq mühafizə orqanlarından gərəyini etməyi tələb edirik. Kasıbın, yoxsulun, arxasızın canına əzrayıl kimi çökən QANUNLARIMIZIN gücünü bunlara necə göstərəcəyini gözləyirik.

Əgər, Ramiz Mehdiyev və o toyda iştirak edən hər kəs cəzalandırılmasa bu iqtidarın imicinə böyük zərbə olacaq. Bundan sonra isə iqtidar itirilmiş nüfuz ilə heç nəyə nail ola bilməyəcək.
Hər birimiz qanunların hər kəs üçün olduğunun nümayişini hazırkı hakimiyyətdən gözləyirik.

5-ci kalonun cavabı nə olacaq?"


Agxeber.com

6637

DİGƏR XƏBƏRLƏR