Ağ Partiyanın başqanı Tural Abbaslı Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Ağ Partiyanın başqanı Tural Abbaslı Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: 


"Əziz həmvətənlərim, dəyərli müsəlman bacı və qardaşlarım, eləcə də ölkəmizdən kənarda yaşayan soydaşlarımız, sizləri müqəddəs "Qurban Bayramı" münasibətilə təbrik edir, xoş gün, bol ruzi, əmin-amanlıq arzu edirəm!

Hər birimizə məlum olduğu kimi İslam dininin iki əsas bayramından biri "Qurban Bayramıdır". Və dinimizin bütün əmrləri kimi bayramlarının da mesajı açıq-aydındır: "Qardaşlıq, xeyir əməllərlə məşğul olmaq, doğruluq, sadiqlik, ədalətlilik, mərhəmət". Uca Allah (c.c) hər birimizin şüurunda bu mesajların olmağını qismət etsin.
Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, məlum "Covid-19" pandemiyası ilə əlaqədar bu il bayram namazını birlikdə, məscidlərimizdə qıla bilmədik. Lakin, bütün yaşananlara baxmayaraq bir müsəlman olaraq ovqatımızı pozmamalı, Allahın (c.c) bir imtahanı olduğunun fərqində olmalıyıq.
Bu bayram günlərində ölkəmizin müstəqilliyi, azadlığ və ərazi bütövlüyü uğrunda canlarından keçmiş hər bir şəhidimizin əbədiyaşar xatirəsini dərin ehtiramla yad edirəm.

Dəyərli müsəlman bacı və qardaşlarım, bir daha bayramınızı təbrik edir, sevdiklərinizlə bərabər daha neçə belə gözəl bayramlara çıxmağınızı və bu bayramların bütün xalqımıza can sağlığı, xoşbəxtlik, süfrələrimizə bol ruzi-bərəkət gətirməsini uca ALLAHdan arzu edirəm.
İbadətlərimiz qəbul olsun. Amin!"



Agxeber.com
10067

DİGƏR XƏBƏRLƏR