“Vaqner” üzvü 32 nəfər Belorusda həbs olundu - Rusiya muzdluları terror aktı hazırlamaqda ittiham olunur (VİDEO/FOTO)

Minskdə terror aktı hazırlayan Rusiya vətəndaşları saxlanılıb, cinayət işi açılıb.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Belarus Dövlət Təhlükəsizliyi Şurasının katibi Andrey Ravkov çıxış edib. 

“Saxlanılan şəxslərə terror aktına hazırlıq maddəsi ilə cinayət işi açılıb” – o, deyib.

Qeyd edək ki, Belorusun BelTA xəbər agentliyi təhlükəsizlik orqanlarına istinadən ölkə ərazisində gecə vaxtı “Vaqner” hərbi şirkətinə məxsus 32 Rusiya vətəndaşının saxlanıldığını açıqlamışdı. Xəbərdə 200-dən çox adamın “seçki kampaniyası dövründə vəziyyəti qeyri-stabilləşdirmək üçün” Belorusa gəldiyi qeyd olunurdu.



 




1531

DİGƏR XƏBƏRLƏR