“Təhdid haradan gəlirsə gəlsin, sonadək Azərbaycanın yanındayıq” – Türkiyə Prezidentinin sözçüsü

"Döyüşlər ilk dəfə sərhəddə baş verib. Bu halda təhlükəli bir haldır və tərəflərin masaya əyləşməsi lazımdır".

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “CNN Türk”ə Ermənistanın Azərbaycana hərbi təxribatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın yanındadır:

"Azərbaycanın birliyi və bərabərliyi bizim birliyimiz və bərabərliyimizdir. Prezidentimiz dünən Putinə də açıq bir şəkildə bunu söylədi: "Siz də Ermənistanla münasibətlərinizdən istifadə edib, gərginliyi azaldın". Təhdid haradan gəlirsə, gəlsin, Türkiyə sonadək Azərbaycanın yanında yer almağa davam edəcək. Amma bu diplomatiya qapılarını bağlamaq anlamına gəlməz".

483

DİGƏR XƏBƏRLƏR