Almaniya məhkəməsi azərbaycanlı ailə haqqında deportasiya qərarı çıxarıb

Almaniya məhkəməsi azərbaycanlı ailə haqqında deportasiya qərarı çıxarıb

Almaniyanın Düssseldorf şəhər İnzibati Məhkəməsi azərbaycanlı ailə haqqında deportasiya qərarı çıxarıb.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, 5 nəfərdən ibarət Həşimovlar ailəsi 2016-cı ildə Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyiblər.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi ailənin sığınacaq istəyini rədd edib. Ancaq bu müddətdə Rövşanə Həşimova Almaniyada yaşamaq üçün tələb olunan dil kursunu bitirərək inteqrasiya sertifikatlarını əldə edib.

Ailənin 8, 9, 12 yaşındakı üzvləri Mönxenqladbax şəhərindəki orta məkətəbə daxil olublar.
4 ildən çoxdur Mönxenqladbax şəhərində yaşayan Həşimovlar ailəsi bir ay içərisində ölkəni könüllü olaraq tərk etməlidirlər. Buna səbəb isə onların miqrasiya idarəsinə 4 il əvvəl sığınacaq üçün etdikləri müraciətin rədd edilməsidir.

Qeyd edək ki, Almaniyanın miqrasiya idarələri koronavirus pandemiyasi ilə bağlı karantin tədbirlərinin yumşaldılmasından sonra bu ölkədən sığınacaq istəyən əcnəbilərin müraciətlərinə baxmağa davam edir.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən verilən məlumata görə, təkcə ötən ay 5 159 sığınacaq axtaranın ərizəsi rədd edilərək onlara Almaniyanı könüllü tərk etmələri ilə bağlı bir ay vaxt verilib.


393

DİGƏR XƏBƏRLƏR