“Bayraktar” PUA-ları Ukraynada istehsal oluna bilər

Ukrayna və Türkiyə döyüş PUA-larının birgə hazırlanması və istehsalı ilə bağlı danışıqlar aparır.

Avropa.info xəbər verir ki, bu barədə Urayna-İnterfaksa türk səfir Yağmur Əhməd Güldərə açıqlama verib. Onun sözlərinə görə, lazımi şərtlərin təmini halında “Bayraktar” PUA-ları Ukraynada istehsal oluna bilər.

“Ukrayna daha əvvəl “Bayraktar” PUA-larını satın alıb. Bu mövzuda fikir mübadiləmiz olub və məsələ hər iki ölkə arasında müzakirə olunub. Daha güclü sistemlərin birgə hazırlanması və “Bayraktar” PUA-larının Ukraynada istehsalı barədə danışıqlar gedir. Düşünürəm ki, müdafiə sənayesi bu element daxil Türkiyə-Ukrayna münasibətlərinin yeni simvoluna çevrilə bilər” – səfir deyib.

455

DİGƏR XƏBƏRLƏR