PKK-ya qarşı yeni antiterror əməliyyatı - “İldırım-3 Ağrı dağı” başladı

Türkiyə Ağrı, İğdır və Qars vilayətlərinin 1170 nəfər şəxsi heyətin iştirakı ilə İldırım-3 antiterror əməliyyatına başlayıb.

Avropa.info xəbər verir ki, məlumatı Türkiyə DİN yayıb. Ağrı, İğdır və Qarsda keçiriləcək “İldırım-3 Ağrı dağı əməliyyatı”nın məqsədi PKK terror təşkilatının sığınacaqlarını məhv etmək, terrorçuları zəzrəsizləşdirməkdir.

Əməliyyatda jandarma komandosu, xüsusi təyinatlı jandarma, xüsusi təyinatlı polis təhlükəsizlik mühafizəçilərindən ibarət birliklərdən formalaşan 86 komandanın 1170 personalı iştirak edəcək.

Bəyanatda antiterror əməliyyatlarının regionda terrorçuluğun məhv edilməsinə qədər davam edəcəyi bildirilir. 

373

DİGƏR XƏBƏRLƏR