“Türklər olmasaydı, Ayasofya çoxdan çökərdi” – Yunan rahibdən yunanlara tarix dərsi

“Ayasofyanı qoruyan türklər olmasaydı, Ayasofya çoxdan çökərdi”.

Avropa.info xəbər verir ki, bu sözləri Afina yaxınlığında yerləşən Analipseos kilsəsində keçirilən ayindən sonra çıxış edən yunan rahib Papanikolaou deyib.

“Ayasofya kimi böyük abidəni kim qoruyacaqdı? Türklər qorudu” - deyən Papanikolaou türklərin Kritdə heç bir monastır və kilsəni bağlamadığını, lakin Yunanıstanda Othonasın əmri ilə xeyli sayda monastır və kilsəni bağlandığını bildirib.

O, türklərin hökmran olduğu dövrdə insanların dinlərinə azad şəkildə ibadət edə bildiklərini deyib:

“Bu səbəbdən insanlar “Latın sərpuşu yerinə türk sarığı görməyi tərcih edərəm” demişdi. Mənə qalsa ikisi də görünməsin, amma ikisindən birini seçmək məcburiyyətində qalsan türkləri seçərdim”.

Yunan rahib Ayasofya muzey ikən bir çox turistin ora biədəb paltarla girdiyini, amma bundan sonra ayaqqabısız, uzun paltar və baş örtülü şəkildə giriləcəyini qeyd edib:

“Bu hörmət nümunəsi deyilmi? Bəlkə də bunu bir lənət kimi deyil, bir düzəliş kimi qəbul etməliyik”.

334

DİGƏR XƏBƏRLƏR