Azərbaycanın Müdafiə nazirinin müavini Türkiyə Milli Müdafiə naziri ilə görüşdü-VİDEO


 

Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər edib.

Türkiyənin Müdafiə naziri Hulusi Akar R. Tahirovla görüşüb. (APA)

“Ermənistan Azərbaycanla sərhəddə, Tovuz ərazisində törətdiyi təxribatını cavabını mütləq verəcək”.

Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovla görüş zamanı deyib.

Nazir qeyd edib ki, Ermənistan törətdiyi təxribatla həddini aşıb.

“Tovuza edilən hücumlarla bağlı hansı addımın atılması lazımdırsa, onu edəcəyik. Azərbaycanın ağrıları, bizim ağrılarımızdır. Orada yaşanan hər bir sıxıntı bura da öz təsirini göstərir. Bunu hamınızın bilməsini istərdim. Dağlıq Qarabağın işğalını, bu qanunsuzluğu qəbul etməyimizin mümkün olmadığını bildirmişik. Bir millət, iki dövlətik, dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir. Biz Türkiyə dövləti və Türkiyə Silahlı Qüvvələri olaraq nə etməyimiz lazımdırsa, bu günə qədər necə dəstək vermişiksə, yenə də buna davam edəcəyik”, – deyə nazir vurğulayıb.
 

 

1181

DİGƏR XƏBƏRLƏR