Vaşinqtonda Azərbaycan diplomatları qardaş Türkiyə dəstək ifadə ediblər

Vaşinqtonda Azərbaycan diplomatları qardaş Türkiyə dəstək ifadə ediblər
ABŞ-ın paytaxtında qardaş Türkiyənin Səfirliyində 15 iyul Demokratiya və Milli Birlik Günü ilə əlaqədar rəsmi tədbir keçirilmişdir. Tədbirə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin heyəti, o cümlədən səfir Elin Süleymanov qatılıb.
 
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç 2016-cı il 15 iyul tarixində baş vermiş hadisələrlə bağlı Türkiyə üçün önəmli bir tədbirdə çıxışının əvvəlində qardaş  Azərbaycanın iştirakını xüsusilə vurğulamış və son günlərdə Ermənistanın təcavüzünü birmənalı şəkildə pisləyərək Azərbaycan xalqına baş sağlığı verib.
 
Səfir Kılıç beynəlxalq hüququn pozulması ilə yanaşı qardaş Azərbaycana hər hansı bir hücumun qəbul edilməz olduğunu vurğulayıb. Səfir Türkiyə Prezidenti, Xarici İşlər naziri, Müdafiə nazirinin bu mövzuya dair fikirlərini çox sərt şəkildə ifadə etdiyini qeyd edərək Azərbaycan ilə bir millət, iki dövlət olduğunu və bu cür təcavüzə cavab olaraq lazım olsa bir millət, bir dövlət kimi də davranacağını deyib. Azərbaycanın tək olmadığını və Türkiyə Prezidentinin çağırışının təkcə Türkiyədə yaşayan ermənilərə deyil, həm də dünya əhalisi üçün olan çağırış olduğunu və bu cür beynəlxalq hüquq pozuntusuna qarşı hamının reaksiya verməli olduğunu bildirib.
 
Tədbir zamanı Türkiyə mətbuatına səfir Sərdar Kılıç ilə birlikdə müsahibə verən səfir Elin Süleymanov Azərbaycan diplomatının 15 iyul günündə Türkiyənin yanında olmaq borc və şərəf duyduğunu qeyd edib. Səfir bir daha Azərbaycana bu çətin zamanda Türkiyənin dəstəyini vurğulayaraq  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın böyük dostu Xarici İşlər naziri Mövlüt Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, səfir İbrahim Kalın və digərlərinə  təşəkkürünü bir diplomat və bir Azərbaycan vətəndaşı kimi bildirib. Səfir bir millət iki dövlət olduğumuzu, eləcə də dünyada Azərbaycana qardaş kim olduğunu bildiyimizi və Türkiyə də hər zaman yanımızda olaraq öz qardaşlığını sübut etdiyini vurğulayıb.
Səfir Süleymanov 15 iyul hadisələrinə gəldikdə isə dörd il öncə o günün Türkiyə üçün nə qədər çətin və böyük bir sınaq olsa da qardaş xalqımızın qəhrəman bir dastanı olduğunu deyib, dünyanın Türk xalqının qəhrəmanlıqlarının şahidi olmuş və güclü Türkiyə dövlətinin türk dünyasında qüdrətli rolunu qeyd edib. Türk xalqı yenə də nə qədər güclü xalq olduğunu göstərdiyini və nümayiş olunan filmdən də gördüyümüz kimi Türkiyənin çox qədim tarixi olduğu diqqətə çatdırılıb. Türk xalqının öz dövlətinə nə qədər bağlı olduğunu və öz dövlətinə sahib çıxmasınının göstəricisi olan tarixin qanımızın bir olmasının əsas sübutudur.
Səfir Süleymanov hər iki ölkədən bütün şəhidlərə rəhmət, yaralı olanlara şəfalar diləmiş və şəhidlərin qanı yerdə qalmayacağını söyləyib.
Tədbir və Azərbaycan diplomatların orada iştirakı Türkiyə mətbuatında geniş işıqlandırılıb.
 
214

DİGƏR XƏBƏRLƏR