İslam və Siyasət -3


Cəmiyyətin bu vəziyyətdə olmasında günahkar kimdir?
“Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. Siyasət - dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsidir . Aristotel bu haqda çox gözəl demişdir: “Cəmiyyətdə yaşayıb siyasətdən asılı olmamaq mümkün deyil”. Bəli, cəmiyyətdə yaşayaraq necə ola bilər ki bir şəxs siyasətdən uzaq dursun? Ancaq çox təəssüflər olsun ki, cəmiyyətimizi və gəncləri siyasətdən uzaq tutmaq istəyən qüvvələr var. Onlar insanların başlarını mənasız və faydasız şeylərlə qataraq siyasətdən uzaq tuturlar. Dindar kəsimi isə saxta din alimləri siyasətdən uzaq tutaraq, siz namazınızı qılın, siyasət sizlik deyil kəlimələri ilə azdırırlar . Halbuki siyasət elə dinin əsas prinsiplərindəndir. Son dönəmdə yaşamış islam mütəfəkkirlərindən olan  Muhəmməd Rəşid Rıza bu problem haqda danışarkən demişdir: “İmperialist dövlətlər hakim olduqları xalqlar arasında ortaya çıxan liderləri yox etməyə çalışırlar. Hətta bundan daha ötəsi, təhsil sistemini fəsad etməklə xalqlar arasında liderlik qurumunun meydana çıxmasına əngəl olacaq vasitələrə çox önəm verirlər. Din alimləri (oxu-müsəlmanlar) isə məscid künclərinə və ya evlərindəki hücrələrə qısılıb qalıblar. Haqlarını tələb etmirlər və bunun üçün zamanın, yaşadıqları yerlərin tələbi üzrə (siyasi şəraitə müvafiq) bir hazırlıq da görmürlər. Bu səbəbdən də idarəçilik adətən din elmlərindən  heç bir nəsibi olmayan kimsələrin əlinə düşdü”  ( Əl Xilafə: 40-80)
Gördüyünüz kimi hələ bizdən bir əsr öncə yaşamış bu alim öz zamanında müsəlmanların bu xətalarını görüb və bu problem haqda danışıb. Başa salmağa çalışmışdır ki, əgər xeyir əhli bu idarəçilik işini buraxarsa, onları bu işdə şər əhli və savadsızlar əvəz edəcək. Və çox təəssüf ki elədə oldu. Siyasi arenanı boş qoyan müsəlmanların əvəzinə,  siyasi səhnəni  ədəbdən, əxlaqdan uzaq olan kəslər əvəz etdilər.  Və ölkədə bu gün rüşvət, xalqa çatacaq pulların mənimsənməsi, əxlaqsızlıq və fisq yayılmaqdadır . Hətta üzdən iraqların (lgbt) haqları olduğu halda, müsəlman qadının şəxsiyyət vəsiqəsi alarkən hicabla şəkil çəkdirmək haqqı yoxdur. Bəs bunun günahı kimdədir? Bunun günahkarı müsəlmanları cəmiyyətdən uzaq tutan saxta din alimləri və onlara aldanmış elə biz müsəlmanlarıq. Günahı başqasında axtarmağa ehtiyac yoxdur. Səbəbkar elə bizlərik . Dini sadəcə namaz, oruc zənn edib, cəmiyyətdən uzaqlaşaraq meydanı boş qoymaqla,
 o yeri çox məharətlə dolduranların ixtiyarına verildi. Meydanı boş buraxmaqla o yeri doldura biləcək başqa çaqqallar tapıldı. Ona görə də cəmiyyətin bu vəziyyətdə olmasının günahkarlarından biri də hər şeyə biganə yanaşan müsəlmanlardır.
Ardı var...
 
 
1252

DİGƏR XƏBƏRLƏR