Teleradio aparıcı Elcan Məmmədlidən Televiziya rəhbərlərinə - AÇIQ MƏKTUB


Azərbaycanda fəailiyyət göstərən respublika yayımı olan tv rəhbərlərinə teleradio aparıcı Elcan Məmmədlidən

AÇIQ MƏKTUB

Hörmətli sədr,direktor, icraçı və prezidentlər bu müraciəti sizə ünvanlamaqda məqsədim mənim kimi illərini televiziya radioya vermiş bu gün isə müxtəlif əngəllər səbəbindən efirdən kanar qalmış haqları və hüquqları pozulmuş aparıcıların , digər texniki işçilərin işsizlik problemini ictimailəşdirməkdir. Konkret olaraq deyim ki, 3 ildir efirdən kənaram. Bu illər ərzində kiminizə zəng etdim, kiminizə teleqram vurdum, kiminizin qəbuluna duşmək üçün aylarla gözlədim.Ümumilikdə 15 il efir təcrübəsi olan birinə qarşı bu cür laqeyid münasibətin nədən qaynaqlandığını da bilmirəm. Məgər sizi bu vəzifəyə təyin edəndə dedilər ki, gedin elə gizlənin ki, heç kim sizin üzünüzü görməsin, qəbulunuza düşə bilməsin? Məgər siz bu vəzifəyə məmur olaraq xalqa xidmət etmək üçün təyin olunmamısınız? 3 ildir mən sizin heç birinizin qəbuluna düşə bilmirəm.
3 ildir ...
Allah hər quluna bir bacarıq verib, təvazökarlıqdan uzaq da olsa deyim ki, mənə də danışmaq bacarığnı verib. Bura qədər Space tv-də “Hər Səhər” “Sözüm Var” “Kiçik Qala” , Lider tv- də “Yoldaş” Region tv-də (indiki ARB ) “Elə Yaxın” “ İslam Dünyası” sonuncu iş yerim ATV –də “Radar” “ Qonaq Gəl Bizə” verilişlərinin ideya müəllifi və aparıcısı olmuşam. Bundan başqa müxtəlif illərdə Radio Antenn , Radio Space,qısa müddətdə” İctimai” radioda aparıcılıq etmişəm. Efirdə olduğum illərdə daima milli-mənəvi
dəyərləri gözləyib, efir mədəniyyətinə sadiq olmuşam. Bütün bunları ona görə sadalayıram ki, bu gün efirə buraxdığınız, müxtəlif yollarla efirə çıxan, özü ədəbdən uzaq olduğu halda, xalqa ədəb dərsi keçən təsadüfi, naşı , deletantların olduğu bir zamanda, mən hansı səbəbdən efirdə olmamalıyam sualını sizə verməyə haqqım çatsın.
Onlar hansı meyarlara cavab verdi ki, mən uyğun olmadım? İllərdir susuram,amma bu gün haqqı pozulan, çətin karantin dönəmində işsiz qalan həmkarlarım
adından bu suallarıma cavab və bizim pozulan haqlarımızın bərpasını istəyirəm. Ola bilsin ki,bu məktubdan sonra məni heç qəbul etməyəsiniz. Olsun, bu gün mən sosial mediada insanlarımızın dərdini deyib ,hazırladığım müəllif süjetlərimdə 100 000 baxış alıramsa, deməli düz yoldayam. Ruzini verən isə Allahdır, siz isə bir səbəbsiniz .Bu məktubun bir nəticəsi olmasa,o zaman Allah mənə başqa bir səbəb qismət etsin. Bu dünyada heç kim, heç bir vəzifə əbədi deyil və əgər bu gün kimsə səlahiyyət sahibidirsə qoy düşünsün ki, sabah sıravı olanda dünən etdikləri haqsızlıq onu utandırmasın.
1411

DİGƏR XƏBƏRLƏR