FİKİR VER! (MARKALAŞMANIN DAVAMI)

 

Dostlar, keçən yazımızda markalaşmadan, ardıcıl olaraq beyin mərkəzinin qurulmasından bəhs etdik. Təbii ki, iddialara kifayət qədər əlavələr oluna bilər, məqsəd bu mövzuları ilk sıraya gətirməkdir, əsas predmetə çevirməkdir. Markalaşmaq və beyin mərkəzi qurulmasını istəyərkən biz müxtəlif ixtisas sahiblərinin müştərək fəaliyyətini də nəzərdə tutduq. Bu beyin mərkəzlərində fikirlərimizi dilə gətirməkdən qorxmadan aman fikrimi, "startup düşüncəmi oğurlayarlar" məntiqi ilə hərəkət etmədən ideya zənginliyi ilə yeni nəsilə bir üfüq açaq. Təbii ki, fikir sahibi mənəm deyilərək, bir şəkildə təqdir olunmağı hərkəs istəyir, kopyala yapışdır edəndə bu qədərinə diqqət edək. Bir neçə fikir də biz vermək istərdik, bunları örnək olaraq qəbul edin.

1. Azərbaycan dilində çox funksiyalı və çox dilli muhasibat proqramı. Muhasibat sahəsində olan mütəxəssislərimiz təqdir edər ki, muhasibat proqramlarının beynəlxalq dili İngilis dilidir. Yəni "database" ingilis dilində olduğu üçün, proqram işlədən şəxs bu dili bilməlidir. Azərbaycan, rus və ingilis dillərində qurulacaq muhasibat proqramına təməl məfhumların "database"lərin əlavə olunmasını təklif edərdim. Bizə aid olacaq “Hesa-bKitab” (və ya hansı adda olacaqsa) proqramına əlavə olunan təməl məlumatlar birbaşa digər iki dildə də əlavə olunsun, sadəcə biz əlavə məlumatları proqrama əlavə etmiş olaq. Yaxın bölgədən misal versəm “Bayt” (https://bay-t.com.tr/) olaraq bilinən Türkiyənin ən çox işlənən muhasibat proqramıdır və ancaq Türk dilindədir. “Odoo”(https://www.odoo.com/) müxtəlif dilləri birləşdirən proqramdır ve rilər ancaq seçilən dilə görə əlavə olunur, bizə görə həm ana dilimizdə həm də bir neçə dildə birbaşa tərcümə tətbiq olunaraq, təkmilləşdirilə biləcək muhasibat proqramı ərsəyə gətirilə bilər. Bu da həm yerli mütəxəssisin, həm də beynəlxalq təmsilçinin məlumatları analiz və nəzarət edəbilmə imkanı verir! Bir çox muhasibat proqramları var sadəcə bunlarla kifayətlənmək istədim yenə də deyirəm misalları örnək olaraq qəbul edin!

2. Mədəniyyət, tarix, incəsənətimizi əks etdirən uşaqlar üçün müxtəlif animasiya, puzzle, yerli məkanları əks etdirən kompüter oyunlarının hazırlanması. Animasiya ümumiyyətlə hər mesaj və mənanı böyük kütləyə çatdırıla biləcəkən böyük vasitələrdəndir. "Puzzle"lar günümüzdə ən çox rəğbət görən, divar rəsmi şəklində belə istifadə olunan bir geniş nəşr və dizayna sahib başqa oyun sahəsi, vasitəsidir. Milli motivlər, məkanları əhatə edən bizə məxsus oyunlarımıza gəlincə bu uşaqlarımızı minlərlə özünkiləşdirən oyun dünyasına buraxdığımız ən vacib sahədir. Doldurulması və uşaqlarımızın xeyrinə olacaq yatırımlarımızla hər mənada qazananlardan ola bilərik. Sadə bir misalla kifayətlənsək, Türkiyədə ABŞ mərkəzli oyun şirkəti “Zyngan”ın seosu Frank Gibeau, Türk mənşəli oyun şirkəti “Peak”i 1,8 milyard dollara aldığı, bir həqiqətdir. Türkiyədə ilk dəfə girişimcilik fikri bir milyard dollar üzərində qiymətə satılmışdır. (https://techcrunch.com/2020/06/01/zynga-acquires-turkeys-peak-games-for-1-8b-after-buying-its-card-games-studio-for-100m-in-2017/)

3. Təəssüf ki, “Picsart” (https://picsart.com/explore) kimi ermənilərin (ən çox yayılan ama çox da rəğbət görməyən) "Tik-tok" proqramından sonra ən çox endirilən və illik gəliri 30 milyon dollar olan bir proqramı var. Eyni ilə “Avatar” proqramı da gənclərimiz arasında rəğbət görən profil şəkillərinin animasiya tərzində ifadəsi ilə son zamanlar bütün profilləri bəzəməkdədir. Bu proqramları ərsəyə gətirmək üçün yüzlərlə, minlərlə mütəxəssisin bir ideya ətrafında cəmlənməsi ilə yola çıxmanın mümkün olduğunu qeyd edərək bir az da əyləncə formatda qurulacaq bir proqram fikirləşə bilərik. Örnək olaraq, yüklənən videonun animasiyaya çevrilməsi, avatarının və ya profil bənzərinin işlənməsi ilə bir neçə təməl dildə ifadə olunaraq istənilən mesajların yarı zarafat, yarı ciddi verilə bilər. Məlum, günümüzdə yeni trend olan youtuberlik üçün də ciddi videoların çəkilməsi, hazırlanması üçün bu tərz imkanlardan yararlanmaq hərkəsin müraciət edəcəyi sahələr ola bilər. Tərcümə qismini "google translate" proqramı ilə başladıb, birbaşa tərcümə xidmətindən yararlanmaq, təməl məna üzərindən tərcümə imkanlarını yoxlamaq və ya bir qədər də təkmilləşdirmək olar.

Nəticəyə gəlincə bunlar hamısı fikirlər, iddialar və ideyalardır, bəlkə də artıq işlənir, işlənibsə nə əla, sevindirici olar. Sadəcə demək istəyirəm ki, fikirlərimizi bildirməkdən, bölüşməkdən, bir-birimizə qulaq asmaqdan yorulmayaq, fürsət verək bir-birimizə müəyyən mərhələni keçə bilmək üçün. Bənzəri bir çox fikirlər, layihələrdə var… (ardına gərək görsəniz!)


Sənan Əzimov
İstanbul  Universiteti Doktorant

​Agxeber.com
1122

DİGƏR XƏBƏRLƏR