TƏNQİD, TƏQDİR, TƏRİF MEXANİZMASI


Sağlam cəmiyyətlərdə, fikirlərin inşası üçün mərhələli şəkildə müxtəlif mezanizmaların formalaşması təməl şərtdir. Bunlar həqiqi mahiyyətini itirmədiyi halda hər zaman həqiqi təsirini göstərir və cəmiyyətlərin inkişafını, ciddi düşüncələrin formalaşmasını təmin edir. Bu mexanizmaları təməl olaraq tənqid, təqdir, tərif olaraq sinifləndirə bilərik. İlk olaraq nəfsimizə ən ağır gələn tənqiddən başlayaq.
1. Tənqid kritika, satirik üslubla bilinən qılıncdan belə kəskin ifadə vasitəsidir. Haqlı tənqid formalaşmayan fikir və düşüncənin, məhsulun rəqabət ortamını artıraraq daha da təkmilləşməsini tələb və təmin edir. Burada iki əsas məsələ var.  Tənqidi, hər şeyə qulp qoşmaq və əlini ağdan qaraya vurmayanlar və mızmızlığa çevirib heç nəyi bəyənməmək ilə qarışdırmayaq. Sağlam rəqabəti qəbul edən cəmiyyətlər sağlam tənqidi və tənqidçiləri də qəbul etməlidir. Çünki bir ayna misalı insanlar qüsurlarını görə bilirsə deməli qüsurlarını ortadan qaldırmağı da hədəfə çevirir.
2. Təqdir ruh yüksəkliyi, motivasiya olaraq bilinən ruhlandırma mexanizmasında istifadə olunan üslubdur. Hər bir müəssisə, şirkət təmsilçisinin ən sadə nümunəsi olan diqqət göstərərək təqdir etməklə məhsuldarlığını 70% qədər artmasına səbəb ola bilər. Ona görə bu resursu ciddiyə alaraq mütəmadi istifadə edin. Hətta “qamburger” metodunu da istifadə edə bilərsiniz. Yəni iki təqdir arasına bir tənqidi sığdıraraq. Məsələn, İşə davamlı gec qalan təmsilçinizi yaxşı  məhsuldar işçi olması, işə ara sıra gec qalması və buna diqqət etməsi zəruri olduğunu bildirmək və buna diqqət edərsə daha böyük uğurlara nail ola biləcəyi ilə münasibəti bitirmək. Fərdi şəkildə edilən tənqiddən fərqli olaraq ictimai təqdirlər digər təmsilçiləri yersiz rəqabətə səbəb ola bilməsinə görə bu mövzularda az da olsa diqqətli olmaq lazımdır. Sonra digər təmsilçilər yaxşılıq edəni etdiyinə, sizi də təqdir etdiyinizə görə peşman etməsinlər!
3. Tərif, təqdirin üst mərtəbəsi olaraq daha şiddətli şəkildə bir davranışın təqdir olunması üçündür. Müdirin gözünə girmək, şirkətdə yalançı hörmət qazanmaq üçün edilən süni gözə girmə tərif mexanizmasını bir kənara qoyaraq, şəxsiyyəti zədələməmək əsas şərtdir. Yersiz təriflər yaltaqlıq dərəcəsinə gəlmədən bu xisləti uzaqlaşdırmaq lazımdır. Çünki tərifin məqsədi həqiqətən etdiyi davranışı ictimai şəkildə ifadə edərək şəxsə, uğurlarına davam etməsinə səbəb olmaqdır. Təəssüf ki, nəfsimizin ehtiyacı ilə əksər hallarda tərifin nəticəsi idmancılarımız daxil, bir çox təmsilçilərimiz də belə tərs təsir göstərə bilir. Xülasə bu 3 mərhələ bir birinin davamı olaraq müraciət olunan və sağlam cəmiyyətlərin, şirkətlərin inşası üçün təməl davranışlardır. Bu mənada ciddiyə alınaraq ən çətin münasibət olan insan resursunu təməl alan bütün sahələrdəki insanlarımız, mütəxəssilərimiz bu incə nöqtələrə diqqət edərək münasibət qurmağa çalışsa daha yaxşı olar deyə düşünürəm.  Bu münasibət nə qədər sağlam olarsa o qədər sağlam nəticələr əldə edə bilərik. Qısacası qaş düzəldəcək yerdə göz çıxarmayaq misalı bu mövzuda uğur qazananlardan olaq.

Sənan Əzimov
İstanbul  Universiteti Doktorant
1626

DİGƏR XƏBƏRLƏR