AĞ Partiya İdarə Heyətinin növbəti iclası keçirilib


Mayın 23-də AĞ Partiya İdarə Heyətinin növbəti iclası keçirilib. AĞ Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bu koranavirusla əlaqədar qaydaların yumşaldılmasından sonra partiyanın keçirildiyi ilk iclas olub. İclasda bir sıra cari məsələlər müzakirə edilib. O cümlədən ölkədə baş verən ictimai-siyasi proseslərə idarə heyəti üzvləri tərəfindən münasibət bildirilib. Daha sonra partiya idarə heyətinin keçən iclasda verilən tapşırıqlara dair hesabatı dinlənilib. Qeyd edək ki, iclasın AĞ Partiyanın qərargahında keçirilməsinə baxmayaraq idarə heyətinin xaricdə olan üzvləri iclasa onlayn formada qatılıblar.
1264

DİGƏR XƏBƏRLƏR