Əhəd Məmmədli: "Əsas problem inauqurasiyanın harada keçirilməsi deyil, ümumiyyətlə, inauqurasiyanın keçirilməsidir"



Agxeber.com xəbər verir ki,  mayın 21-də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Şuşa şəhərində terrorçu rejim tərəfindən qondarma seçkilər keçirilib. Ağ Partiya başqanının birinci müavini Əhəd Məmmədli facebook hesabından buna münasibət bildirib. Əhəd Məmmədlinin münasibətini sizə təqdim edirik:

"Bu gün ermənilər Şuşada saxta prezidentlərinin andiçməsini keçiriblər. Azərbaycanda buna etiraz təbiidir. Lakin bu dığaların ilk inaqurasiyası deyil. Əvvəllər Xankəndində də saxta inaqurasiya keçirirdilər. Bəs, niyə Xankəndində bu keçiriləndə belə etiraz etmirdik ? Deməyim odur ki, Xankəndi də Şuşa kimi Azərbaycan şəhəridir. Saxta inaqurasiyanın harada keçirilməsinin fərqi yoxdur. Gələn dəfə də Kəlbəcərdə keçirə bilərlər. Nə dəyişəcək ki? Deməyim odur ki, əsas olan inaqurasiyanın harada keçirilməsi deyil, ümumiyyətlə, inaqurasiyanın keçirilməsidir...

Onu da deməliyəm ki, bəziləri özünü canıyanan göstərir. Bir çoxları da onu edənlərin küyünə gedib, Azərbaycan xalqını təhqir edirlər. Bu qətiyyən yolverilməzdir! Dünyanın bir çox böyük xalqları işğal dönəmini yaşayıb. Fransızlar yüz il ingilislərin işğalı altında qalıb. Fransanın Elzas və Lotaringiya vilayətləri 45 il almanların işğalı altında olub. Litvanın (20 əsrin əvvəlində paytaxtları Kaunas idi) Vilnus daxil 20 faiz ərazisi bir müddət Polşanın işğalı altında qalıb. Çinin əraziləri 100 il ərzində İngiltərə, Fransa və Yaponiyanın işğalına məruz qalıb. Fransa, Litva, Çin ərazilərini azad etdiyi kimi, Azərbaycan da Qarabağı, Zəngəzuru, Göyçəni, İrəvanı azad edəcək. Azərbaycan xalqına ağzına gələni yazanlar isə, susun..!"
1238

DİGƏR XƏBƏRLƏR