"Bu, məqsədli təxribat, sülhə əngəldir" - Politoloq

Dağlıq Qarabağdakı qondarma seçkilərin 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə salınması zamanı bunu siyasi həyasızlığın son həddi kimi qiymətləndirmişdik. Lakin görünən odur ki, bu, son deyilmiş. İndi də işğalçı rejim andiçmə mərasimi üçün məkan olaraq Şuşanı seçib və bu da erməni həyasızlığının ən bariz nümunəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Dağlıq Qarabağdakı separatçı rejimin 21 may tarixində Şuşada andiçmə mərasimi və atəşfəşanlıq keçirəcəyi haqda məlumata münasibət bildirərkən deyib:

"Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkilər” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayıb. Kimin hansı münasibətdə olmasından asılı olmayaraq, Ermənistan tərəfindən “seçkilər” adı verilən bu hadisə beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü prinsipinə ziddir. Məlum olduğu kimi, bu “seçki” şousu beynəlxalq təşkilatlar tərəfindən də məqsədli təxribat, Qafqazda sülh və sabitliyə qarşı yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirilmişdir".

Y.Bağırzadə bildirib ki, bütün bu davranışlar bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil: "Ermənistan status-kvonu uzatmağa çalışır və yalnız imitasiya etməklə məşğuldur. Düşünürəm ki, istər ATƏT-in Minsk qrupu həmsədrləri, istərsə də beynəlxalq birlik nəhayət ki, konkret addımlar ataraq, təcavükar rejimə təzyiq göstərməli, quru bəyanatlar verməklə kifayətlənməməlidir”.

626

DİGƏR XƏBƏRLƏR