Tural Abbaslı: "Cinsi azlıqları müdafiə edənlər xalqdan yox, Qərbdən dəstək gözləyir"

Tural Abbaslı: “Əli İnsanovu çağırıb başda otuzdurur, hələ utanmaz ...

Azərbaycanın ictimai-siyasi sektorunda, həmçinin müxalif düşərgədə cinsi azlıqları müdafiə edənlər son zamanlar çoxalıb. Bu son günlər Milli Şuranın məlum iclasında azlıqlarla bağlı çıxışlardan sonra sosial şəbəkələrdə gedən müzakirələrdə açıq şəkildə görünür.

Həmin iclasda cinsi azlıqları ələ salan fikirlərə yol verilib. Sonradan Milli Şura təmsilçiləri üzr istəməyə belə məcbur oldular.

Belə iddialar var ki, Qərbin xoşuna gəlmək üçün bəzi qüvvələr cinsi azlıqları müdafiə edirlər. Hətta Avropadan qrantlar almaq üçün bəzilərinin bir növ “ağalarının xoşuna gəlmək” məqsədi ilə bu cür müdafiə xarakterli mövqelər sərgilədiyi ehtimal olunur.

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”da kifayət qədər sərt mövqe sərgilədi: “Bu məsələ Azərbaycana yaddır. Milli-mənəvi, dini dəyərlərimizə heç bir halda xas deyil. Nəinki bu Azərbaycana, insan xislətinə yad bir mövzudur. Belə mövzuların xüsusi olaraq qabardılmasının səbəbi heç kəsə sirr deyil. Dünyada bəlli dairələr var ki, məhz bu məsələlərin qabardılmasının, önə gətirilməsinin tərəfdarıdır. Bu qüvvələr nəinki Azərbaycanda, dünyanın bir çox dövlətlərində belə işlərlə məşğuldurlar. Təəssüflə qeyd etməliyik ki, həmin beynəlxalq güclərin bu yöndəki təzyiqləri, təsirləri ölkəmizə də gəlib çatıb.

Tural Abbaslı: “Qapalı iclasda cinsi azlıqların əleyhinə danışırlar, üzdə isə...”

Diqqət edin, həmin iclasda adı hallanan heç bir təşkilatdan, ictimai-siyasi şəxsdən üzr istəmirlər, hətta xalqı təhqir edirlər. Amma cinsi azlıqlar məsələsində məhz üzr istəyirlər. Bu onların kimdən dəstək gözlədiklərinin, kimə ümid etdiklərinin göstəricisidir. Biz əgər xalqdan səs, güc istəyiriksə, xalqın xoşuna gəlməyə, onun ayağına getməyə, həssasiyyətini diqqətə almağa çalışacağıq. Bunu da edirik. Yəqin ki, bu adamlar qazanmağa çalışdıqları Qərbin, Avropanın liberal dairələrinin, bəzi dövlətlərin xoşuna gəlmək üçün belə edirlər, mövqelərini bu cür sərgiləyirlər. Bütün Azərbaycanda belə fikir formalaşıb ki, necə olur qapalı iclasda cinsi azlıqların əleyhinə danışırlar, amma üzdə onları dəstəklədiklərini deyirlər. Bu həm də onların qeyri-səmimiliyindən xəbər verir. Sən əgər qapalı iclasda bunlara lağ edirsənsə, demək mövqeyin belədir, sadəcə bunu ictimai şəkildə ictimailəşdirməkdən çəkinirsən. Demək ki, onlar xalqdan yox, başqa dairələrdən dəstək gözləyirlər. Bu məsələ bizim partiya üçün qırmızı xətlərdəndir. Bizim üçün milli-mənəvi dəyərlərimiz daha önəmlidir, nəinki hakimiyyətə gəlmək”.


Musavat.com

891

DİGƏR XƏBƏRLƏR