Koronavirusun ilk dəfə yarandığı şəhərdə yenidən yoluxma qeydə alındı

Çinin uzun müddət COVID-19 infeksiyasının qeydə alınmadığı Uhan şəhərində koronavirusa yeni yoluxma aşkarlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xubey əyalətinin səhiyyə məsələləri üzrə komitəsinin xəbərində bildirilir.

Qeyd edilir ki, virusa yoluxmuş pasiyent ağır vəziyyətdədir.

Xubeydə ötən gün ərzində həmçinin virusun 17 yeni simptomsuz daşıyıcısı aşkar olunub. Hazırda bütün əyalət üzrə həkimlərin müşahidəsi altında 616 virus daşıyıcısı var. Onlar simptomsuz koronavirus xəstələridir.

Xubeydə bütün epidemiya ərzində 68 129 yoluxma (Uhanda 50 334 yoluxma) aşkar edilib, 63 616 insan sağalıb (Uhanda 46 464), 4 512 nəfər ölüb (Uhanda 3 869).

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

1342

DİGƏR XƏBƏRLƏR