Ağ Partiya Ermənistanda bayrağımızın təhqir edilməsi ilə bağlı bəyanat yayıb

Ağ Partiya, Ermənistanda bayrağımızın yandırılmasına təpki göstərib. Ağ Partiya bununla bağlı bəyanat yayıb. 

Agxeber.com xəbər verir ki, bəyanatda deyilir: 

İrəvandakı yarış zamanı bayrağımızın təhqir edilməsi və idmançılarımızın girov götürülməsi cinayətdir. Bu bir daha onu deməyə əsas verir ki, Ermənistan adekvat ölkə deyil və dövlət məsuliyyəti yoxdur. Belə bir ölkənin silahlı olması Cənubi Qafqazda ciddi təhlükədir. Buna görə Ağ Partiya olaraq hesab edirik ki, Azərbaycan Ermənistanın tam silahsızlaşdırılması istiqamətində bütün önləyici tədbirlərə başlamaq hüququndadır. Bu məsələdə Ağ Partiya daim Millətin və Dövlətin yanındadır.
4709

DİGƏR XƏBƏRLƏR