Bəlalı Zəngəzur...

No description available.
Zəngəzurun qara taleyi Birinci Dünya Müharibəsinin bitiminə az qalmış, müstəmləkə əsarətində olan xalqlarda milliyətçilik duyğuları oyanmağa başlamışdı. Beləki, müharibənin bitimiylə dünyanın siyasi xəritəsində böyük dəyişikliklər oldu. İmperatorluqlar parçalandı, süqut etdi, onların ərazilirdə müstəqil dövlətlər yarandı. Bu siyasi dəyişikliklərdən Cənubi Qafqazda təsirlənmişdi. 1917-ci il Fevralında Rusiyadakı burjua-demokratik çevrilişdən sonra, onun keçmiş ərazilərində yaşayan yerli xalqlardan biri olan azərbaycanlılarda öz müqəddaratını təyin etmək hüququ əldə etmişdi. 1804-13,1826-30-cu illərdə və XX əsrin birinci yarısında Azərbaycan ərazilərinə məqsədyönlü halda köçürülən ermənilən,1917-ci ilin martından 1918-ci ilin Mayın 28-dək Azərbaycan və Gürcüstandan ibarət Zaqafqaziya Federasiyasının tərkibində oldular.

Çar və Sovet Rusiyası hakimiyyəti dövründə ermənilər Azərbaycanın İrəvan, Qarabağ və Naxçıvan ərazilərinə hərbi-strateji maraqlarını təmin etmək üçün köçürülmüşdü. Zaqafqaziya Seymi dağıldıqdan və Azərbaycan fraksiyası Mayın 28-də müstəqillik bəyannaməsi elan edərkən, ermənilər bir mınalı olaraq azərbaycanlıların hansı ərazilərdə cumhuriyyət elan edəcəklərini gözlədilər. Aleksandropolun türk ordusu tərəfindən tutulmasını səbəb göstərərək, İrəvanın onlara siyasi mərkəz kimi verilməsi təklif etdilər. Azərbaycan Milli Şurası bu məsələni müzakirəyə çıxartdı. Müzakirələrin sonunda İrəvanın ermənilərə verilməsi qaçınılmaz zərurət, bu günlərdə belə acısını yaşadığımız bəlaya səbəb olmuşdu.

Milli Şuranın Mayın 29-da keçirdiyi 2 iclasda, İrəvandan olan deputatlar bu qərara etiraz etsələrdə, həmin məktublar bu gün belə İrəvan işiylə bağlı arxiv sənədlərində yoxdur. Bu müzakirədən belə sual yaranır: Azərbaycan Xalq Cumhuriyyətini yaradanlar Milli Şuranın iclasında İrəvanı ermənilərə verməyə bilərdilərmi? Cumhuriyyət yaranmamışdan ermənilərin yerli azərbaycanlı əhalini məhvetmə siyasəti apardığı üçün, Milli Şuranın üzvləri psixoloji təsirdə idi. Sənədlərə əsasən deyə bilərik ki, AXC-ni quranlar hələ cumhuriyyət yaranmamışdan Qərbi Azərbaycanın İrəvan bölgəsinin ermənilərə güzəştə gedilməsinə razılaşmışdılar. İrəvan şəhəri və quberniyasının əraziləri ermənilərə verildikdən sonra, mayın 28-i müstəqillik əldə edən  Azərbaycanın ərazisi 99.908.806 kv.km idi. 13.983.10 kv.km-lik ərazi isə mübahisəli zona kimi qəbul edilib, gələcəkdə həll edilməsi nəzərdə tutulmuşdu(Ermənilərə güzəşt olunan İrəvan quberniyasının ərazisi isə 7.913.17 kv.km idi). Bundan sonra ürəklənən ermənilər, beynəlxalq aləmdə ABŞ, Fransa, Böyük Britaniya kimi dövlətlərində dəstəyi ilə Azərbaycanın Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağ ərazilərinə də iddia etməyə başladılar. Lakin bu arzularını həyata keçirtmək ürəklərində qaldı. Amma 1920-ci il Aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra, içimizdəki xain və Azərbaycan əleydarlarının dəstəkləri ilə yeni ərazilər əldə edə bildilər. Azərbaycanda Sovet Hakimiyyəti quruldan sonra, ruslar Azərbaycan ərazisindəki missiyanı Azərbaycan SSR hökümətindən xəbərsiz aparırdı. Bu missiyada Azərbaycanı təmsil etməyə ya gürcülər, yada ermənilər çağırılırdı.

1920-ci il Avqustun 10-da ermənilər və Sovet Rusiyası ilə bağlanmış müqaviləyə əsasən Zəngəzur və Naxçıvan onlara verilməli idi. Leninin razılığına əsasən Stalinin həyata keçirtdiyi plana əsasən, ermənilər Qarabağdan imtina edəcək, əvəzində Zəngəzur və Naxçıvan ermənilərə veriləcəkdi. Amma Noyabrın 4-dəki iclasda Stalinin fikri ilə belə qərar qəbul olunmuşdu: ”Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi təklifi nə siyasi,nədə strateji cəhətdən sərfəli deyildir və ancaq məcbur olduqda baş tuta bilər”. Stalin bu planı həyata keçirərkən, bir mənalı olaraq Azərbaycanın düşməni kimi tarixi torpaqlarımızı sanki hərraca qoymuşdu. Noyabrdakı qəbul olunmuş qərarın B,Q və D bəndlərində “ Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd xətti ola bilməz, Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi və Qarabağın dağlıq bölgəsinə öz müqəddaratını təyin etmək hüququ verildiyi” yazılırdı. Sovet Rusiyasının təzyiqi ilə Zəngəzurun ermənilə “bağışlanması” addımı 1920-ci ilin Dekabrın 1-də Bakıdakı iclasda N.Nərimanov tərəfindən səsləndirilmişdi. Amma bu şərtlə ki,ermənilər Naxçıvan və Dağlıq Qarabağ iddialarından əl çəkməliydilər. Ancaq Azərbaycanı parçalamağı qarşısına məqsəd qoymuş Stalin dekabrdakı qərara belə şərh vermişdi: ”Sovet Azərbaycanı mübahisəli ərazilərdən əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Ermənistana verilməsini elan edir”. Göründüyü kimi Azərbaycanı işğal etmək üçün XI Qızıl Orduya Anastas Mikoyan başçılıq edirdisə, torpaqlarını paçalamağada İ.V.Stalin rəhbərlik edirdi. Bütün bunlara baxmayaraq, Nəriman Nərimanov ZSFSR-in İttifaq sədrlərindən biriykən Stalinin bu qərarı ilə bağlı Leninə yazılı etiraz məktubu göndərmişdi.

Zəngəzur və Naxçıvanın elan edilən kimi Ermənistana verilməsi həyata keçirlməmişdi. Bütün bunlar azmış kimi, torpaqlarımızda yaratdıqları süni hərc-mərclik davam edirdi. Beləki, Aşağı Zəngəzur bölgəsində Kürdistan adlı dövlət yaratmaq ideyası ortalığa atılmışdı. Bununlada, Rusiyanın Azərbaycanda yenidən möhkəmlənməsi,Azərbaycanın parçalanması və təzyiqdə saxlanılması, hissə-hissə Ermənistana verilməsi məqsədi güdülürdü. Zəngəzurla bağlı qeyri-müəyyənlik 1927-ci ilədək davam etmişdi. Bölgədəki yerli azərbaycanlıları sıxışdırmaqda davam edən ermənilər zaman-zaman bir sıra ərazilər ələ keçirə bilmişdilər. 1929-cu il Fevralın 18-də M.Sxakayın sədrliyi, Azərbaycan tərəfindən D.Bünyadzadə, M.Bağırov və S.Yaqubov kimi şəxslərin iştirakı ilə Mehridə erməni rayonu yaratmaq məqsədilə Zəngilanın 3 kəndi-Nüvədi, Ernəzir və Tuğut Ermənistana verildi. Bu qərarla Zəngəzurun cənub-qərb torpaqlarının da ermənilərə “peşkəşi” və burada erməni Meqri rayonunun təşkili ilə, Azərbaycanın tərkib hissəsi olan Naxçıvanla quru əlaqəmiz kəsilmiş oldu. Zəngəzurun ermənilərin əlinə keçməsi ilə Azərbaycan parça-parça edildi, qardaş Türkiyə ilə əlaqəmiz pozuldu, sonrakı illərdə ermənilərin işğallarına yeni şərait yaradıldı. PS: 2022-ci ilin Sentyabrında yenə ermənilərin başladığı təxribatlara cavab olaraq, cəsarətli və qalib  Azərbaycan Ordusu tarixi torpaqları düşməndən geri almaqda qərarlıdır. Hər bir Azərbaycanlı kimi bizdə ümid edirik ki, tezliklə bizim xəbərimiz olmadan bizdən qoparılan torpağlarımızda Azərbaycanın şanlı üçrəngli bayrağı dalğalanacaq!



Yusif Müzəffəroğlu
603

DİGƏR XƏBƏRLƏR