“Sənə dəxli yoxdur” - Video

 

“Sənə dəxli yoxdur”
 

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun dünən Xocalı faciəsinin ildünümü ilə bağlı keçirilən anım mərasimində jurnalistlə dialoqu sosial şəbəkələrdə müzakirəyə səbəb olub. 

“Ağxəbər” bildirir ki, “Toplum” TV-nin jurnalistinin Şuşa ilə bağlı sualına Bayram Səfərov əsəbiləşib. Belə ki, “Şuşaya gedə bilirsiniz?” sualına Bayram Səfərov “sənə dəxli var bunun?” cavabını verib. 

Jurnalistin “axırıncı dəfə nə vaxt Şuşada olmusunuz?” sualına isə Səfərov  "3 ay qabaq, yanvarda” deyə cavab verib. 

Qeyd edək ki, sosial şəbəkələrdə təkcə məmur Bayram Səfərovun tərzi deyil, eyni zamanda jurnalistin danışıq üslubu, “sizdən hesab soruram” deməsi də birmənalı qarşılanmayıb.

Video linkdə: https://www.youtube.com/watch?v=uKAKZxHuW_0

 
Ş.R
935

DİGƏR XƏBƏRLƏR