Ağ Partiya İrandakı səfirliyimizə qarşı terror aktına görə bəyanat yayıb


27 yanvar səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı xain terror hücumu olub. Ağ Partiya terror aktı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
"Xain terror hücumu zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki mühafizə əməkdaşı yaralanmışdır. 
Ağ Partiya bu terror hücumunu qətiyyətlə pisləyir, İran hakimiyyətindən terror hücumunun obyektiv şəkildə araşdırılmasını, hadisədə əli olan digər cinayətkarların da tapılaraq cəzalandırılmasını və beynəlxalq konvensiyalara uyğun olaraq səfirliyimizin mühafizəsinin gücləndirilməsini tələb edir.
Ağ partiya bildirir ki, Tehranda yerləşən səfirliyimizə qarşı baş vermiş hücum terror aktıdır. Bu terror aktının arxasında duran qüvvələr Azərbaycan Respublikasının suverenliyindən, müstəqil siyasətindən və zəfərlərindən narahatdır. 
Terror hücumu zamanı şəhid olan vətəndaşımıza Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr, yaralı vətəndaşlarımıza şəfa diləyirik."
1470

DİGƏR XƏBƏRLƏR