
Ağ Partiyası qanunvericiliklə nəzərdə tutulmuş qaydalar çərçivəsində öz təbliğat məsələrini günü gündən genişləndirir.
Bunlardan biri də Azərbaycan vətəndaşı olan və partiyaya üzv olmaq arzusunda olan şəxslərin partiyaya üzv olmalarını asanlaşdırmaq üçün onlayn anket formasıdır. Ağ Partiyasına üzv olmaq istəyən hər bir vətəndaş bu onlayn anket formasını dolduraraq üzvlük üçün müraciət etmiş hesab edilir. Bundan sonra partiyanın müvafiq orqanında vətəndaşların müraciətlərinə baxılır, müraciət etmiş vətəndaşlarla əlaqə saxlanılır, dəqiqləşmələr aparılır və bundan sonra həmin şəxslər partiyanın qərarı ilə üzvlüyə qəbul edilir. Ağ Partiyanın Mərkəzi Aparatı onlayn anket formasının dolduruması haqqında video təlimat hazırlayıb. Həmin təlimatı diqqətinizə çatdırırıq. Partiyaya üzv olmaq istəyən şəxslər bu keçiddən müraciət edə bilərlər.
Agxeber.com