Ağ Partiya Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb


Agxeber.com xəbər verir ki, Fransa senatında qəbul edilmiş qətnamə ilə bağlı Ağ Partiya bəyanat verib. Həmin bəyanatı diqqətinizə çatdırırıq:

"Fransa Senatında qəbul edilmiş Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi ilə bağlı qətnamə yalan və ifitralarla doludur. Eyni zamanda bildirmək istəyirik ki, Fransa Senatının bu addımı Azərbaycan-Fransa münasibətilərinin tarixində növbəti qara ləkə kimi öz yerini tapacaqdır. Regionun günü-gündən inkişaf edən, böyüyən gücü olan Azərbaycan Fransa ilə gələcəkdəki münasibətilərində də bu məqamları nəzərə alacaqdır. Böhtan xarakterli müddəaları özündə əks etdirən qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurum Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir. Bu bölgədə yaşayan əhalinin( milliyətindən asılı olmayaraq) hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Bildirmək istəyirik ki, Azərbaycan Ermənistan ərazisində deyil, beynəlxalq müstəvidə tanınmış öz ərazilərində tədbirlər həyata keçirir. Bunun əksini iddia etmək, Azərbaycan Respublikası suverenliyinə yönəlmiş addımdır. Bütün müstəqil dövlətlərin öz sərhədləri çərçivəsində istənilən addımı atması, mövcud qanunvericiliyi tətbiq etməsi öz işidir, başda Fransa olmaqla bütün dünyandan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik. Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Bu eyni zamanda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir. Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır. AĞ Partiya İdarə Heyəti olaraq Fransa Senatının mövqeyini qətiyyətlə rədd edirik. Azərbaycan rəsmi qurumlarından lazımi tədbirlərin təxirəsalınmaz şəkildə icra olunması tələb edirik!"

Agxeber.com
1853

DİGƏR XƏBƏRLƏR