Tural Abbaslı qardaş Türkiyə xalqına başsağlığı verib


İstanbulda baş verən terror hadisəsi ilə bağlı Azərbaycanda siyasi partiyalar  da Türkiyə xalqına başsağlı verməkdə davam edir.

Agxeber.com xəbər verir ki, bununla bağlı Ağ Partiya başqanı Tural Abbaslı öz rəsmi feysbuk səhifəsində müraciət paylaşıb. Həmin müraciətdə bildirilir: 
"Türkiyə, başımız sağ olsun. Düşmənlərimizin başını birgə əzəcəyik. İstanbulun mərkəzində törədilmiş xain partlayışda insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq."
 
Terror hadisəsi ilə bağlı Ağ Partiyanın da bəyanatı yayılıb. Həmin bəyanatda deyilir: Qardaş Türkiyənin İstanbul şəhərində baş verən xain terror aktı bizi çox sarsıtdı. Türkiyənin acısı Azərbaycanın acısıdır, Türkiyəyə atılan güllə, Azərbaycana atılan güllədir. AĞ Partiya başqanı və İdarə Heyəti olaraq ölənlərə uca ALLAH dan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirik. Türkiyəni getdiyi ali yoldan xain hücumlarla döndərmək olmaz. Əminik ki, Türkiyəmiz bu sınaqdan da daha güclü çıxacaq. Düşmənlərimiz bizi Türk-İslam dünyası olaraq ali məqsədimizə çatmaqda dayandıra bilməyəcək. Sevincimizlə, acımızla qoyduğumuz hədəflərə birgə çataçağıq.


Agxeber.com
1769

DİGƏR XƏBƏRLƏR