Xəstə can hayında, həkim pul axtarır!


Qanunvericiliyə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödənilir.
Bəs bu sığorta haqqları hara və necə xərclənir? Əmək haqqlarımızdan hər ay müəyyən miqdarda “Tibbi Sığorta”ya məbləğ tutulsa da xəstəxanalarda sığorta haqqlarımızdan normal istifadə edə bilirikmi? Cavab: - Xeyr.
 
Mən bir sığorta ödəyicisi kimi bildirmək istəyirəm ki, bu gün Azərbaycanda “TƏBİB”-in nəzdində olan xəstəxanalarda ilkin tibbi yardım göstərməkləri o yana qalsın, heç düz-əməlli dərman vasitəəri ilə xəstələri təmin edə bilmirlər. Xəstəxananın təmin etməli olduğu dərmanları xəstənin özünə aldırırlar. Son zamanlar “Tibbi Sığorta” haqqında maarifləndirici, öyrədici seminarlar və tədbirlər keçirilir. Amma bunların heç bir xeyri yoxdur. İlk öncə gözü xəstənin cibində olan həkimlərimizin maariflənməyə, öyrədilməyə ehtiyacları var. 
 
Bu yaxınlarda bir yaxınım Sabunçu rayonunda yerləşən xəstənaya ürək nahiyyəsində olan ağrılarla əlaqədar müraciət etməli olur. Xəstəyə “infarkt” diaqnozu qoyaraq palataya yerləşdirib və yaxınlarına xəbər verməsini bildirirlər.

Xəstə yaxını kimi məndə “Sabunçu” xəstəxanasına yaxınlaşdım. Xəstə haqqında məlumat almağa çalışdıqda xəstəni qeydiyyata alan tibb bacısı xəstəni necə “qəhrəmancasına” qeydə aldığını bildirərək “hörmət” etməli olduumu bildirdi. Məcbur 20 manat verməli olursan. Sonra xəstəni müayinə edən həkimə yaxınlaşıb məlumat almaq istədikdə eyni səhnə ilə qarşılaşırsan. Beləliklə xəstə haqqında məlumat 60-80 manata başa gəlir. Sonra analizlər, dərmanlar hamısı xəstə yaxınının cibindən çıxır. Bildirdikdə ki, tibbi sığortadan istifadə etmək istəyirik, mütləq bir bahənə tapıb boyun qaçırırlar. Həkim xəstənin koronar angiografiya (anju) olunmalı olduğunu bildirir və təəssüf edir ki, tibb müəssisəsində bu xidmət yoxdur. Yalnız özəl xəstəxanalara müraciət olunmalıdır. Bildirəndə ki,- “sizdə həmin xidmət yoxdursa özəl xəstənaya göndəriş versəniz, tibbi sığortamızdan istifadə edərək xəstəmizi müalicə edə bilərik”- cavabları –(sifət mimikaları dəyişərək) “onda biz sorğu göndərək, qəbul etsələr gedib müalicə elətdirərsiniz” olur. Və beləliklə “Tibbi Sığorta” ilə pulsuz olunmalı xidmət xəstəxəyə 200 manata başa gəlir. Bu da ayda 300 manat əmək haqqı ilə 4 nəfər ailə üzvünü saxlayan şəxs üçün böyük məbləğdi. 
 
Sonda sözüm qanun naminə qanun yazanlaradı. İlk öncə yazılan, qəbul edilən qanunun icraçılarını maarifləndirin, xəstəxanaları tibbi avadanlıqlarla təmin edin, sonra qanunların icraatına başlayın.
 
Ağ Partiya Quba rayon təşkilatının birinci müavini : Dadaşov Fərid Vəliyulla oğlu
 
1933

DİGƏR XƏBƏRLƏR