Türk “Tayfun”u Afinada narahatlıq yaratdı

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Türkiyə “Tayfun” ballistik raketlərini sınaqdan keçirib.

Axar.az xəbər verir ki, raketlərin sınağı Yunanıstanda narahatlıq yaradıb.

Yunan mediasının məsələyə reaksiyası da gecikməyib.

“Ta Nea” qəzetində “Bütün Yunanıstan “Tayfun”un mənzilində” başlıqlı məqalə yer alıb.

Bundan başqa, “Skai” telekanalı “Türkiyə Qara dəniz üzərindən ballistik raket atdı” başlığı ilə verdiyi xəbərdə “Tayfun”un 500 kilometrdən artıq məsafə qət etdiyinə diqqət çəkib.

“Kathimerini” qəzeti də "Türkiyə ballistik raket sınadı" başlıqlı məqaləsində testin Qara dəniz səmasında keçirildiyini vurğulayıb.

1982

DİGƏR XƏBƏRLƏR