Sevgilisinə görə karantini pozan futbolçu İspaniyaya qayıtdı


"Selta" klubunun futbolçusu Fyodor Smolov İspaniyaya qayıdıb.

"Report"un məlumatına görə, bu barədə rusiyalı hücumçunun nümayəndəsi German Tkaçyenko yerli mətbuata açıqlamasında deyib.

Menecerin sözlərinə görə, 30 yaşlı forvard bu gün Viqoya uçub.

Qeyd edək ki, Fyodor Smolov aprelin 6-da sevgilsinin ad günündə iştirak etmək üçün karantin rejimini pozaraq İspaniyanı tərk etmiş və Rusiyaya qayıtmışdı.

1146

DİGƏR XƏBƏRLƏR