AĞ Partiya Əvəz Zeynallı ilə bağlı müraciət edib


AĞ Partiya da Əvəz Zeynallı ilə bağlı müraciət edib

Bu gün ölkədə fəaliyyət göstərən bir sıra partiyalar Xural.TV-nin həbs edilən rəhbəri Əvəz Zeynallının azadlığa buraxılması xahişi ilə ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıblar. Bu partiyalar sırasında AĞ Partiyanın olub-olmaması ilə maraqlandıq. 

Partiya başqanının köməkçisi Mətləb Aslanov bunları dedi: "Belə bir müraciəti günlər öncə AĞ Partiya edib. İlk partiyalardan belə sayılırıq. Ona görə də, yekun siyahıda adımızın olmamasının səbəbi əvvəl müraciət etməyimizdir. Biz Əvəz Zeynallının həbs edildiyi ilk günlərdən onun yanında olmuşuq, Müdafiə Komitəsinin yaradılması barədə keçirilən toplantıda iştirak etmişik. Partiya olaraq, rəhbərlik səviyyəsində məhkəmələrində iştirak etmişik".
1048

DİGƏR XƏBƏRLƏR