XİN: Ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumları narahatlıq doğurur




Bölmənin digər xəbərləri
18.09.2022 [19:53]
Azərbaycanın Britaniyadakı səfiri BBC radiosunun “The World Tonight” proqramına müsahibə verib
18.09.2022 [18:55]
Erməni radikallar Parisdə Azərbaycan səfirliyinə basqın ediblər VİDEO
18.09.2022 [18:44]
Milli Məclisin sədri Sahibə Qafarova Kraliça II Elizabetin vida mərasimində iştirak etmək üçün Britaniyaya səfərə gedib
18.09.2022 [16:00]
XİN: Nensi Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir

1 / 1

Son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumların törədilməsi ciddi narahatlıq doğurur.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.

Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik.

Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.

Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

1220

DİGƏR XƏBƏRLƏR