Ukraynada qatar stansiyası raketlə vuruldu - 22 ölü (Yenilənib)


Rusiya ordusunun Dnepropetrovsk vilayətində qatar stansiyasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatıb.

Agxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Çaplino bugünkü ağrımızdır. Bu dəqiqəyə olan məlumata görə, 22 nəfər ölüb, onlardan 5-i avtomobildə yanıb. Bir yeniyetmə ölüb, onun 11 yaşı var, evini Rusiya raketi dağıdıb", -  deyə prezident qeyd edib.

Zelenski vurğulayıb ki, hazırda dəmiryol vağzalında axtarış-xilasetmə əməliyyatları davam edir.

***

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə aviazərbələr endirib.

Agxeber.com xəbər verir ki, bu barədə UNIAN informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, rusların atdığı raketlər vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına dəyib, nəticədə azı 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasında çıxışı zamanı təsdiqləyib.

1167

DİGƏR XƏBƏRLƏR