Prezident Tokayevi qarşıladı - Fotolar

 

Prezident Tokayevi qarşıladı
Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.

Agxeber” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb.

Hər iki ölkənin Dövlət Himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.













 
328

DİGƏR XƏBƏRLƏR