Suraxanıda şəhidin xatirəsinə abidə kompleksi inşa edildi - Fotolar

 

Suraxanıda şəhidin xatirəsinə abidə kompleksi inşa edildi
Vətən müharibəsi şəhidi Elnur Şahbazovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə ailə üzvlərinin yaşadığı Yeni Suraxanı qəsəbəsində inşa olunan abidə kompleksinin açılış mərasimi keçirilib.

Agxeber” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini və şöbə müdirləri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş edib.

Tədbirdə iştirak edən digər qonaqların çıxışından sonra Şəhid Elnur Şahbazovun təhsil aldığı 89 №-li tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunub.

Sonra tədbir iştirakçıları Şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxuyub, eləcə də açılmış ehsan süfrəsində xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanan Elnur Şahbazov Vətən müharibəsində igidliklə vuruşaraq cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. Laçın dəhlizi uğrunda gedən döyüşlərdə 6 şəhidi döyüş meydanından çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb.








 
231

DİGƏR XƏBƏRLƏR