Duqinin qızı sifarişlə öldürülüb - İstintaq

Jurnalist və ictimai xadim Darya Duqinanın avtomobilinə partlayıcı qurğu sürücü tərəfində yerləşdirilib və maşının altına qoyulub.

Agxeber.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi saytında məlumat verilib.

Məlum olub ki, partlayıcı maddə sürücü tərəfində ora yerləşdirilib. Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, Darya Duqinanın öldürülməsi sifarişlidir.

“Hazırda avtomobilin alt hissəsində sürücü tərəfində partlayıcı qurğunun qoyulduğu artıq müəyyən edilib. Avtomobili idarə edən Darya Duqina yerindəcə vəfat edib”, – məlumatda deyilir.

Qeyd edək ki, dünən Duqinin qızı Darya Duqinanın avtomobili Moskva vilayətində Bolşoye Vyazemi kəndi yaxınlığında partladılıb və terakt nəticəsində o, həlak olub.

Darya Duqinanın öldürülməsi faktı üzrə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi “e” bəndi) cinayət işi başlanıb.

1057

DİGƏR XƏBƏRLƏR