MİT təhlükəli terrorçunu məhv edib


Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) Suriya ərazisində PKK/YPG terror qruplaşmasına qarşı uğurlu əməliyyat keçirib.

Agxeber.com xəbər verir ki, Suriyanın şimalında yerləşən Hasekə bölgəsində həyata keçirilən antiterror əməliyyatı nəticəsində Mıhyəddin Gulo adlı terrorçu zərərsizləşdirilib.

Məlumata görə, o, Türkiyənin təhlükəsizlik qüvvələrinə, eləcə də “Sülh çeşməsi” və “Zeytun budağı” antiterror əməliyyatları keçirilən rayonlardakı ordu qüvvələrinə qarşı terror fəaliyyətləri göstərib.

 

Mıhyəddin Gulo PKK/YPG qruplaşmalarının sıralarına terrorçu cəlb etmək, onlara təlim keçmək kimi cinayətlərdə aktiv iştirak edib.

970

DİGƏR XƏBƏRLƏR