Ukraynada öldürülən rus hərbçilərin sayı 45 mini ötüb


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.

"Agxeber" xəbər verir ki, Baş Qərargahın bu gün səhər saatlarında yaydığı məlumata görə, müharibə başlayandan bəri Rusiya ordusu 45 200 əsgərini itirib.

Bundan əlavə, Rusiyanın 1912 tankı, 4224 zirehli döyüş maşını, 1028 artilleriya sistemi, 197 helikopter və 234 təyyarəsi məhv edilib. Təkcə ötən gün ərzində 300 rusiyalı hərbçinin zərərsizləşdirildiyi bildirilir.

Qeyd edək ki, Rusiya bu ilin fevral ayının 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

879

DİGƏR XƏBƏRLƏR