
20.08.2022 tarixi qardaş Türkiyə xalqının yaddaşına hüzünlü bir gün kimi həkk oldu. İlk öncə Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə bağlı xəbərləri eşidib, kədərləndik. Daha sonra Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası xəbəri ilə sarsıldıq. Nəticədə çoxlu sayda insan həyatını itirdi və yaralandı. Başda AĞ Partiya sədri Tural Abbaslı olmaqla bütün AĞ Partiya üzvlərinin adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Dua və ümid edirik ki, bənzər hadisələr təkrarlanmasın. Amin.
Hörmətlə, AĞ Partiya İdarə Heyəti