Leysan 79 nəfərin həyatına son qoydu


Sudanda leysan yağışların yaratdığı daşqınlar nəticəsində həyatını itirənlərin sayı 79 nəfərə çatıb.

Agxeber.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Sel fəlakətində 30 nəfərin xəsarət aldığı, çoxlu sayda evə ziyan dəydiyi bildirilib. 

Məlumata görə, paytaxt Xartumdan başqa ölkənin 18 əyaləti yağış və daşqınlardan zərər çəkib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər İdarəsi ölkədə leysan yağışlarından 136 min nəfərin zərər çəkdiyini açıqlayıb.

312

DİGƏR XƏBƏRLƏR