Türkiyədə ağır qəzada ölənlərin sayı artdı - Yenilənib


Türkiyənin Mardin vilayətində baş verən yol qəzasında ölənlərin sayı 19 nəfərə çatıb.

Agxeber.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazir bildirib ki, xəsarət alan 26 nəfərdən 6-sının vəziyyəti ağırdır.

***

22:33

Türkiyənin Mardin şəhərində baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

Agxeber.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, hadisə nəticəsində 16 nəfər ölüb, 29 nəfə isə yaralanıb.

***
21:16

Türkiyənin Mardin vilayətində zəncirvari qəza baş verib.

Agxeber.com xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var. Qəza şəhərin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyası yaxınlığında baş verib.

Məlumata görə, əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər  yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçiləri və vətəndaşları vurub.

Əraziyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

878

DİGƏR XƏBƏRLƏR